26 Avqust 2023 17:23
3 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zaur müəllim, Azərbaycanla Ermənistan arasında sülh danışıqları indi hansı səviyyədədir? Sizcə, prosesdə yaranmış durğunluğa səbəb nədir?

- Azərbaycan və Ermənistan arasında danışıqılar prosesi müxtəlif ismarışlar, çağırışlar fonunda davam edir. Ermənistanın Baş naziri Nikol Paşinyan elan etdi ki, Azərbaycana yeni təkliflər göndəriblər. Əslində erməni tərəfi Bakının bölgədə qalıcı sülh üçün təkliflərini bilir. Sadəcə olaraq tərəflər arasında görüşlərin keçirilməməsinin səbəbi nəticənin gözlənilməməsi ilə bağlıdır. Hazırda tərəflər arasında ciddi fikir ayrılıqları var. Ermənistan Laçın yolu, Qarabağın dağlıq hissəsindəki ermənilərin vəziyyəti ilə bağlı fasiləsiz informasiya müharibəsi aparır. 23 avqustda Ermənistanın BMT-dəki nümayəndəsi bir neçə ölkə təmsilçiləri ilə görüşlər keçirilib. Əvvəlki toplantıda ABŞ-dan Ermənistanın xeyrinə nəticə görməyən İrəvan Fransa vasitəsi ilə Azərbaycana qarşı qətnamənin qəbul olmasını istəyir. Məlumatı Fransanın tanınmış qəzetinin ermənipərəst yazarı verib. Bildirilir ki, BMT Təhlükəsizlik Şurasında Fransa tərəfindən Azərbaycana qarşı qətnamənin qəbul edilməsi məsələsi ortaya atılacaq.

- Fransa BMT-dən başqa hansı müstəvidə Azərbaycan qarşı hücumlar təşkil edə bilər?

- Avropa İttifaqının Nazirlər Şurasının avqustun 29-da keçiriləcək yığıncağında da Fransa tərəfindən Laçın yolundakı vəziyyət gündəmə salınacaq. Aİ Nazirlər Şurasının iclasında hər hansı bir konsensus lazımdır. Fransa bu konsensusu əldə etməyəcək. Amma bir neçə dövlətin anti-Azərbaycan bəyanatı vəziyyəti gərginləşdirmək üçün əsas rıçaqlardan biri olacaq. Hazırda "humanitar" yüklərlə bağlı erməni tərəfi-qeyri adekvat siyasətini davam etdirir. Bu siyasət bölgədə sülhün əldə olunmamasına gətirib çıxarır. Fransa dövləti və hökuməti adından Laçın istiqamətinə “humanitar" yüklərin göndərilməsi mümkündür. Fransa bununla “humanitar” yüklərin Azərbaycan tərəfindən qarşısının alınması görüntüsü yaratmağa açlışır. Digər Avropa ölkələrinin də bunu nümunə götürmək iddiaları var. Məqsəd Azərbaycana təzyiq etməkdir.

- Azərbaycan Fransanın bu davranışlarına qarşı hansı adekvat addımları ata bilər?

- Mövcud vəziyyət Fransa ilə bağlı Azərbaycanın daha qəti addımlar atmasını gətirib çıxarmalıdır. Artıq Fransa 3 istiqamətdə Azərbaycana qarşı hücum edir. BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı Nazirlər Şurası və Laçın yolu vasitəsi ilə Qarabağa “humanitar” xarakterli yüklərin göndərilməsi cəhdi buna misaldır. Bu olduqca təhlükəlidir. Qoca Avropa Anjela Merkelden sonra Emmanuel Makron kimi klounun, oyunbazın əlində qalıb.

- Avropanın özündə Fransanın dayandıracaq qüvvə olaraq kimi görürsünüz?

- Təəssüf ki, Avropa İttifaqında Fransanı dayandıra biləcək, onun əsas səhnədən götürəcək bir lider yoxdur. Adətən bunu Almaniya liderləri edirdi. Amma hazırda Almaniya kansleri Olaf Şolz elə bir vəziyyətdə deyil. Sözsüz ki, Fransanın bu davranışları onun Cənubi Qafqazdan sıxışdırılması ilə nəticələnəcək.

- Belə olduğu halda bölgədə yeni müharibə ehtimalını necə dəyərləndirirsiniz?

- Hazırda bölgənin yeni müharibəyə sürüklənməsi ehtimalı böyükdür. Burunun üçün separatçılar, Paşinyan və Makron əllərindən gələni edirlər. Amma bu Paşinyanın adına yazılacaq cinayət olacaq. Çünki o Ermənistanın şərti sərhədlərinin Avropa İttifaqının xüsusi missiyası tərəfindən qorunmasına arxayın olaraq, Qarabağdakı erməniləri öz siyasətinin oyununa çevirir. Paşinyan da yaxşı bilir ki, Azərbaycan anti-terror əməliyyatları ilə Qarabağın dağlıq hissəsində beynəlxalq hüququ bərpa edəcək.

- Qərbi Azərbaycanlıların tələbinə qarşı Paşinyanın arqumentlərini necə şərh etmək olar?

- Paşinyanın Goranboya 5 minə yaxın erməninin geri qayıtması məsələsəni qeyd etməsi çox təhlükəlidir. O həmçinin Qarabağ ətrafına da ermənilərin qayıtmasından danışıb. Bunu təbii ki, Paşinyanın özü və Ermənistan dövləti üçün ciddi təhlükədir. Qarabağın dağlıq hissəsində ermənilər yaşadığı kimi Zəngəzur, Göyçədə də azərbaycanlılar yaşamalıdır. Bu azərbaycanlıların hüququdur. Həmin azərbaycanlılar keçmiş SSRİ zamanı bu ərazilərdən bir neçə dəfə deportasiya edilib. Bununla bağlı ciddi sənədlər var. Bu tarix elə də uzaqda deyil. Ona görə də, azərbaycanlılar həmin bölgələrə qayıtmalıdırlar. Burada söhbət sülh şəraitində geri dönüşdən gedir. Ermənistan buna ciddi yanaşmasa məsələ beynəlxalq müstəvidə müzakirələrə çıxarılacaq. Bunun əksinə Ermənistanın davranışları ona gətirib çıxaracaq ki, Azərbaycan sərhədləri Göyçə gölünün ortasından çəkməli olacaq. Bu heç də mif deyil. Proseslər və Paşinyanın davranışları Ermənistan üçün facilərə gətirib çıxara bilər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər