Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumatda general Soner Oruçoğlunun artıq hərbi attaşe kimi fəaliyyətə başladığı qeyd olunub.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yeni hərbi attaşe ilə görüşüb, ona uğurlar arzulayıb.
Tərəflər Türkiyə ilə Azərbaycan arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.