12 Sentyabr 2023 20:25
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Qarabağda keçirdikləri qondarma seçkilər heç bir şəkildə legitim ola bilməz.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AK Partiya) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bütün beynəlxalq aləm də bu “seçkiləri” tanımayıb. Ö. Çelikin sözlərinə görə, Ermənistanın Azərbaycanla sərhədinə əlavə güc yığması və Qarabağdakı qondarma seçkilər bölgədəki sülh üçün təhlükə yaradır: “Türkiyə müharibədə olduğu kimi, Azərbaycanın yanındadır. Təxribatlar baş verə bilər, lakin heç kimin xeyrinə olmayacaq. Hər kəsin sülh və qanuna əsaslanan mövqe tutması vacibdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər