14 Sentyabr 2023 16:10
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xankəndi, Xocalı və digər rayonlardan olan məcburi köçkünlər dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatı Xankəndi şəhər sakini, “Xankəndi - Məcburi Köçkünlərə Dəstək” İB sədri Xatirə Vəliyeva səsləndirib.

“Biz - Xocalı, Xankəndi, Xocavənd və Qarabağ bölgəsinin hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan digər rayonlarından olan məcburi köçkünlər - dünya ictimaiyyətinə bəyan edirik ki, Qarabağ münaqişəsi 2020-ci ildə başa çatsa da, 3 ildir hələ də biz öz şəhər və rayonlarımıza, kəndlərimizə, evlərimizə, yurd yerlərimizə qayıda bilmirik.

Ermənistan saxta təbliğat aparır ki, guya həmin bölgələrdə ancaq ermənilər yaşayıb. Onlar hətta azərbaycanlıların tarixən həmin ərazilərdə yaşaması faktını belə danır. Bu, uydurma iddiadır! Bizik Xocalının, Xankəndinin, Kərkicahanın, Malıbəylinin, Quşçuların, Meşəlinin, Qaradağlının əsl, əzəli sakinləri!

Biz Ermənistanın Azərbaycana qarşı təcavüz siyasəti nəticəsində böyük faciələr yaşamışıq, soyqırımlara, kütləvi qırğınlara məruz qalmışıq. Etnik təmizləmələrlə bizim yaddaşımızı da silməyə çalışıblar, məscidlərimiz, doğmalarımızın qəbirləri dağıdılıb, təhqir edilib, evlərimiz viran olunub. Yurd yerlərimizə qondarma adlar qoyulub. Nə qədər insan yurd həsrəti ilə bu dünyadan köçüb.

Böyük ağrı, iztirab hissi ilə doğma yurd yerlərimizə ancaq foto və videolarda baxırıq. Bir vaxtlar xoşbəxt yaşadığımız ərazilər indi “boz zona”ya çevrilib.

Ermənistan ordusunun qalıqları həmin ərazilərdən tamamilə çıxarılmalı, Ermənistanın yaratdığı və hələ də dəstəklədiyi oyuncaq xunta rejiminin tör-töküntüləri özünü buraxmalı, qanunsuz silahlı dəstələr tərksilah olunmalıdır. Bu, bizim tələbimizdir! Bu, bütün Azərbaycanın tələbidir!

Azərbaycanın ərazi bütövlüyü bu ilin aprelində Laçında post qurulmaqla tam təmin edilib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin cəsarətli, düşünülmüş siyasəti bizi bu xoşbəxt günlərə çıxarıb!

İndi Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Evlərinə qayıdan Zəngilan, Laçın, Füzuli, Tərtər sakinlərinin yerə-göyə sığmayan sevinci bizi ruhlandırır, daha da ümidləndirir ki, biz də tezliklə bu Böyük Qayıdışın tərkib hissəsinə çevrilək.

Buna görə də, Xocalıda, Xankəndidə, Xocavənddə, indi “boz zona”ya çevrilmiş digər ərazilərdə də Azərbaycanın suverenliyi təmin olunmalıdır.

Qarabağ bölgəsində yaşayan erməni sakinlərə səslənirik: siz Azərbaycan bayrağı altında, Azərbaycan Konstitusiyası, Azərbaycan qanunları ilə xoşbəxt yaşaya bilərsiniz! Özünüzün, övladlarınızın, gələcək nəsillərinizin taleyini Ermənistanın və onun dəstəklədiyi qanunsuz xunta rejiminin əli ilə zəhərləməyin! Qarabağ sülh, birgəyaşayış, firavanlıq məkanına çevrilməlidir!

“Boz zona” həmişəlik qala bilməz, bu, dözülməzdir ki, biz hələ də evlərimizə qayıda bilmirik. Biz buradan bəyan edirik ki, hər birimiz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə inanırıq! Xocalıya, Xankəndiyə, Xocavəndə, Ağdərəyə qayıdacağımıza inanırıq! 30 ildən çoxdur ki, bir gün də olsun buna inamımız itməyib, bu günün böyük həsrəti ilə yaşayırıq!

Hər il Xocalı soyqırımı günü Bakıda “Ana harayı” abidəsini ziyarət edirik. Biz Xocalı faciəsini həm də Xocalımızda qeyd etməliyik. Xocalı bizi gözləyir! Böyük səbirsizliklə “Əziz Xocalı, biz qayıtmışıq!” deyəcəyimiz günü gözləyirik.

Dünya ictimaiyyətinə çağırış edirik ki, Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı addımlara son qoymağı tələb etsin, bizim öz evimizə qayıtmaq hüququmuz təmin edilsin!”

Bəyanatı ümumilikdə 50 nəfər imzalyıb:

1. Vəliyeva Xatirə - Xankəndi şəhər sakini, “Xankəndi - Məcburi Köçkünlərə Dəstək” İB sədri;
2. Xudiyev Hikmət - Xankəndi sakini, “Əməkdar jurnalist”;
3. Cəfərova Səriyyə - Xocalı rayon sakini, “Xocalı təcavüzünün tanıdılması” İB-nin sədri;
4. Qasımova Flora - Xankəndi şəhər sakini, “Prezident təqaüdçüsü”;
5. Məmmədov Vaqif - Xankəndi şəhər sakini;
6. Vəliyev Nazim - Xankəndi şəhər sakini, həkim;
7. Fərzəliyev Yusif - Xankəndi şəhər sakini, müəllim;
8. Quliyeva Sevinc - Xankəndi şəhər sakini, həkim;
9. Əlizadə Qəribə - Xankəndi şəhər sakini, müəllim;
10. Əliyev İzzət - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini, sürücü;
11. Cəfərsoy İlhami - Şuşa rayonu Malıbəyli kənd sakini, professor, müəllim;
12. Allahverdiyev Mübariz - Xocalı rayon sakini, professor, müəllim;
13. Bağırov Vahid - Xankəndi şəhər sakini, təqaüdçü;
14. Mirzəyeva Aynur - Xankəndi şəhər sakini, müəllim;
15. Qarabağlı Aydın - Xankəndi şəhər sakini, Əməkdar jurnalist;
16. Kazımov Qalib – Xankəndi şəhər sakini;
17. Səmədov Səbuhi - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini, şəhid övladı;
18. Qasımov Ceyhun - Xankəndi şəhər sakini;
19. Əliyeva Yeganə - Xankəndi şəhər sakini, müəllim;
20. Kazımov Teymurxan - Xankəndi sakini;
21. Rüstəmova Fiqurə - Xocalı rayon sakini, müəllim;
22. Quliyev Elman - Xankəndi şəhər sakini;
23. Zeynalov Yaqub - Xankəndi şəhər sakini, aktyor;
24. Mustafayev Yaşar - Xankəndi şəhər sakini, müəllim;
25. Mailov Namiq - Xankəndi şəhər sakini, jurnalist;
26. Rəşidov Natiq - Xankəndi şəhər sakini;
27. Əliyeva Nuridə - Xankəndi şəhər sakini, müəllimə;
28. Rəsulov Novruz - Xankəndi şəhər Kərkicahan qəsəbə sakini;
29. Quliyev Ramin - Xocalı şəhər sakini, müəllim;
30. Hüseynova Samirə - Xocalı şəhər sakini, müəllim;
31. Məmmədov Elxan - Xankəndi şəhər sakini;
32. Mustafayev Qorxmaz - Ağdərə rayon sakini müəllim;
33. Əmirov Xasay - Xankəndi şəhər sakini, müəllim;
34. Fərəcov Vüqar - Xankəndi şəhər sakini;
35. Əhmədova Ziba - Xankəndi şəhər sakini, təqaüdçü;
36. Mirzəyev Sahib - Xankəndi şəhər sakini;
37. Xudiyev İlham - Xankəndi şəhər sakini, jurnalist;
38. Bəxtiyarova Sevda - Xankəndi şəhər sakini, müəllim;
39. Quliyeva İradə - Xankəndi şəhər sakini, müəllim;
40. Bağırova Sevil - Xankəndi şəhər sakini, müəllim;
41. Qasımov Rafael - Xankəndi şəhər sakini;
42. Əliyev Mürvət - Xankəndi şəhər Kərkicahan qasəbədi sakini, Qarabağ veteranı;
43. Atakişiyev Sərhad - Xankəndi şəhər sakini, şəhid qardaşı;
44. Məmmədova Emiliya - Xankəndi şəhər sakini, müəllim;
45. Hüseynov İlqar - Xocavənd rayonu Qaradağlı kənd sakini
46. Muradova Rita - Xankəndi şəhər sakini, müəllim;
48. Muradova Nazimə- Xankəndi şəhər sakini, təqaüdçü;
49. Amil Quliyev - Xocalı rayon sakini, təqaüdçü;
50. Quliyev Rafiq - Xocavənd rayonu Qaradağlı kənd sakini.


Müəllif: Foto: Elnur Muxtar, Yeganə Oqtayqızı

Oxşar xəbərlər