23 Sentyabr 2023 13:06
2 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın antiterror tədbirləri nəticəsində 23 saat ərzində istəyinə nail olması Nikol Paşinyana qarşı etirazların kəskin artmasına səbəb olub.

Teleqraf.com-un xəbərinə görə, Paşinyan hökumət binasını tərk etməkdə çətinlik çəkib.

Üç gündür İrəvanda hökumət binasını, eləcə də meydan və küçələri mühasirəyə alan minlərlə insan baş nazir Nikol Paşinyanı hədəfə alıb.

Müxalifət də Paşinyanın istefaya göndərilməsini tələb edir. Paşinyan vəziyyəti sakitləşdirmək üçün hökumət kabinetini toplayıb “A” və “B” planlarının olduğunu açıqlayıb:

“Nazirlər Kabinetinin iclasında Qarabağla bağlı bütün imkanları dəyərləndirdik. "A" və "B" planlarını qurduq. Bununla belə, biz hələlik yalnız “A” planına diqqət yetirmək qərarına gəldik. Bu birinci planın əsası Qarabağ bölgəsində yaşayan mülki erməni vətəndaşlarının öz evlərinə qayıtması və öz təhlükəsizliyini təmin edərək orada yaşamağa davam etməsidir. Ermənilər əgər Qarabağı tərk etmək istəsələr, "B" planına uyğun olaraq onlar üçün burada yerlərimiz hazırdır".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər