25 Sentyabr 2023 00:42
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz sülh sazişinin imzalanmasına hazırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan İctimai Televiziyada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qranada görüşündə sülh sazişinin imzalanmasının mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.

Simonyan müsahibəsində Rusiyanın ünvanına ittihamlar səsləndirib. O bildirib ki, Ukraynaya girməzdən bir-iki gün əvvəl Rusiya Azərbaycanla müttəfiqlik sazişi imzalayıb: "Amma müharibə vaxtı azərbaycanlılar rusları öldürməkdən çəkinmədilər. Onlar Ukraynaya yardım belə göndərdilər. Azərbaycan hər şeyi etdi. Sonuncu hadisələr zamanı Rusiya Xarici İşlər Nazirliyi tərəfləri təmkinli olmağa çağırdı. Lakin Ermənistan tərəf deyildi. Belə çıxır ki, məqsəd Ermənistanı ərazisinə daxil olmaq idi".

Qərbə üz tutacaqları təqdirdə Zəngəzurun itirilməsi ehtimalına toxunan erməni spiker "ümidimiz tərəfdaşlarımıza - əsas müttəfiqimizdən fərqli olaraq - bizi dəstəkləyən İran, Avropa İttifaqı və ABŞ-dır”, deyə bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər