“Azərbaycan ordusu haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Xocalı soyqırımı o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmazdır. Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək. Çünki Xocalıdan və başqa şəhərlərdən bir milyon azərbaycanlı köçə məcbur edilib. İllər sonra Azərbaycan bu qətliamın hesabını istədi. Həm də çox fərqli şəkildə istədi və torpağını geri aldı.
Bildiyiniz kimi, Amerika, Rusiya və Fransa - “Minsk formatı” adlanan bu ölkələr illərlə Azərbaycanın bu hüququnu tanımadı. Nəhayət, Azərbaycan öz göbəyini özü kəsdi, işi bitirdi. İndi Xocalıda kimlər var? Xocalının əsl sahibləri”, - Türkiyə lideri bildirib.
Ərdoğan qeyd edib ki, Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün girdi:
“İllər əvvəl erməni quldur dəstələri kimi ora girmədi. İnsanları qırmağa girmədi. Haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Qələbə müjdəsi ilə öz torpağına girdi. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır. Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır”.