27 Sentyabr 2023 12:16
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ səfirliyi 27 Sentyabr - Anım Günü ilə bağlı Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların ailələrinə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

“Azərbaycanın 27 Sentyabr - Anım Günündə Ermənistan-Azərbaycan münaqişəsində həlak olanların ailələrinə başsağlığı veririk. Səfirliyimiz bu gün münaqişədə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviqinə sadiqdir”, - paylaşımda qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər