Azərbaycanın Baş naziri Əli Əsədov Düşənbəyə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyası Hökuməti sədrinin müavini Marat Xusnullinlə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyəsindən məmnunluq ifadə edilib.
Dövlət başçılarının ikitərəfli münasibətlərin bütün istiqamətlər üzrə ardıcıl inkişafını təmin etmək səylərinin əhəmiyyəti vurğulanıb.
Əməkdaşlığın müxtəlif sahələrində bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı konkret təkliflərə baxılıb.