ABŞ-nin Los Anceles şəhərində “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda Azərbaycan və Türkiyəyı qarşı təxribat olub.
Teleqraf.com xəbər verir ki, bir erməni Azərbaycanın Los Anceles şəhərindəki konsulu Ramil Qurbanovu və Türkiyə təmsilçilərini hədəf alaraq Azərbaycan və Türkiyə əleyhinə təhqirlər səsləndirib.
Təxribat təxminən 10 dəqiqə davam edib.
Polis və təhlükəsizlik əməkdaşlarının köməyi ilə təxribatçı iclas salonundan çıxarılıb.
“Los-Ancelesdə Yunus Əmrə İnstitutunun təşkil etdiyi və Vaşinqton səfirimiz cənab Murat Mərcanın da iştirak etdiyi proqrama qarşı təxribatçı erməni qruplarının təcavüzkar cəhdini şiddətlə qınayırıq”.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Ömər Çelik deyib.
“Təcavüzkarın yalan şəbəkəsi həqiqətin eşidilməsinə mane ola bilməz. Hadisə təkcə fikir və ifadə azadlığına qarşı çirkin müdaxilə cəhdi deyil, həm də bu qrupların aqressiyadan başqa fikirlərini ifadə etmək imkanlarının olmadığını göstərir. Bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü hər cür təxribatlara qarşı müdafiə edəcək, Qafqazda sülh və sabitliyə sadiq qalacağıq”, - Türkiyə rəsmisi bildirib.