2 Oktyabr 2023 15:37
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər əvvəllər ərazimizdə müvəqqəti məskunlaşmışdılar, artıq Azərbaycan əbədi torpaqlarını tərk edirlər. Ermənistan dövləti və onun havadarları hay-küy salırlar. Əslində ermənilər keçən əsrin əvvəllərində müxtəlif ölkələrdən Suriya, Livandan Azərbaycanın əzəli torpaqlarına köçmüşdü. 150 il keçəndən sonra tərk edirlər. Guy zorla köçürülmə, onların hüquqlarının pozulması, başqa millətə mənsub olduqlarına görə etnik təmizlənməyə məruz qalması barədə iddiaları şər-böhtandan başqa bir şey deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında hüquq elmləri doktoru, professor Məhəmməd İmanlı deyib.

"1987-1989- illərdə Qərbi Azərbaycandan insanların soyqırıma məruz qalması, onların dədə-baba yurdundan deportasiya olmasının şahidi olmuşuq. Güllə yağışı, tankın, topun atəşi altında vətəndaşlarımız deportasiyaya məcbur oldu. Qatı cinayətkar, erməni quldur dəstələri insanları ən ağır işgəncələrə məruz qoymuş, insanlar öv evlərindən ayaqyalın, başıaçıq qaçıb.

Beynəlxalq aləm, dövlətlər necə ikili standartlarla yanaşa bilərlər? Ermənilər maşınlarını, yorğan-döşəklərini, hətta həyətlərində saxladıqları heyvanları belə aparıblar. Amma uydurma erməni təbliğatı davam edir, dünyaya şivən salıb maddi yardım, maliyyə dəstəyi üçün donor təşkilatlara müraciət edilər. Ortaya maraqlı sual çıxır, həmin donor təşkilatlar niyə Qərbi Azərbaycandan olan qaçqınlara niyə bu cür yanaşmırdı? Niyə Qərb dövlətləri və başqa ölkələr bizim vətəndaşlara maliyyə yardımı ayırmırdı? Etnik təmizlənmə olan Qərbi azərbaycanlılara reaksiya verilmir? 30 il öncə onlar çox acınacaqlı soyqırımı törətdilər.

Azərbaycan dövləti hal hazırda ermənilərə hər cür şərait yaradır, hüquq-normaları tanıyan şəxslər rahat yaşaya bilər. Həmin şəxslər Konstitusiyamıza hörmətlə yanaşmalıdır. Azərbaycan əsgərlərini görürük ki, orada yaşayan insanlara su, ərzaq verirlər, təhlükəsizliyini təmin edirlər, onlara yanacaq ehtiyatları göndərilir. Burada hansı formada əhalinin bir başqa millətə aid olduğuna görə diskriminasiya olunmasından söhbət gedə bilər? Beynəlxalq aləm qarşısında 30 il öncə baş vermiş və bu gün də hüquqları pozulmaqda davam edən Azərbaycandan olan qaçqınların haqları təmin olunmalıdır.

Necə ermənilərə hüquq və haqları ilə bağlı milyonlar ayırmağa başlayıblar, donor təşkilatlar azərbaycanlılar üçün də etməlidir. Oradan köç edən ermənilər müvəqqəti məskunlaşmışdılar, könüllü gedirlər heç bir formada məcbur edilmir.

Terrorçu quldur başı ermənilərin təklifi və tapşırığı ilə revanşist qüvvələr haradasa məskunlaşıb onların Azərbaycana qarşı qaldırması ilə bağlı kompaniyaya qoşulublar. Qalan ermənilər digər Azərbaycan vətəndaşları kimi tam hüquq və haqlara sahib olacaqlar. Qanun və konstitusiyanı qəbul edən kəs o ölkənin vətəndaşı hesab olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər