“İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir”.
Teleqraf.com “Report”a istinadla xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.
O bildirib ki, hazırda Təl-Əvivdə əhali küçəyə çıxmır: “Səfirlik daim vətəndaşlarımızla təmasdadır. İş prosesi davam edir”.
A.Hacızadənin sözlərinə görə, vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb.