Azərbaycan və Rusiyanın Təhlükəsizlik Şuralarının katibləri Ramil Usubovla Nikolay Patruşev Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bakıda keçirilən görüşdə, həmçinin hüquq-mühafizə orqanları və kəşfiyyat xidmətlərinin qarşılıqlı fəaliyyəti, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlığa qarşı birgə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıblar.