12 Oktyabr 2023 19:38
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri Qarabağda qanunsuz fəaliyyət göstərən erməni hərbi birləşmələri tərəfindən törədilən təhdidlər səbəbilə baş verib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

Nazir müavini qeyd edib ki, 10 noyabr 2020-ci ildəki üçtərəfli bəyanatda Ermənistanın Rusiya sülhməramlılarının yerləşməsinə paralel olaraq Qarabağdan öz qüvvələrini çıxarması tələbi açıq şəkildə göstərilib:

"Lakin Ermənistan təxminən üç il Azərbaycanın suveren ərazisindəki qanunsuz hərbi birləşmələrə dəstəyini davam etdirib. Bu ilin iyulunda Ermənistanın Təhlükəsizlik Şurasının katibi Ermənistan qoşunlarının hələ də Qarabağda fəaliyyət göstərdiyini etiraf edib və onların bir neçə ay sonra geri çəkiləcəyini bəyan edib ki, bu, faktiki olaraq heç vaxt baş verməyib".

Elnur Məmmədov lokal antiterror tədbirlərinə qədərki bir neçə həftə ərzində Ermənistan qüvvələrinin Qarabağdakı fəaliyyətinin qorxulu dərəcədə intensivləşdiyini, bu qüvvələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyini, yeni döyüş istehkamları, səngərlər hazırladığını və Azərbaycanın hərbi mövqelərinə yaxın minalar yerləşdirdiyini qeyd edib.

Qeyd edək ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər