Azərbaycanla mədəni sahədə də əlaqələri inkişaf etdirmək istəyirik. Bu baxımdan Şimali Kiprin Girne şəhərində Azərbaycan evinin açılması planlaşdırılır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakıda keçirilən mətbuat konfransında Şimali Kipr Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar deyib.
O bildirib ki, Şimali Kiprdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçiriləcək.