18 Oktyabr 2023 21:56
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüssel İrəvanla həddindən artıq flört etməyin təhlükəsini anlamalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“Paşinyan dünən Strasburqda Avropa Parlamenti və Avropa Şurasının rəhbərləri Roberta Metzola və Şarl Mişellə görüşüb. Hər iki təşkilat Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ermənipərəst mövqedən çıxış edir. Görünən odur ki, Ermənistan rəhbərliyi öz mövqelərini gücləndirmək üçün Brüsseldən daha böyük təminat almaq üçün Brüssel görüşü öncəsi Avropa elitaları ilə flört edir. Ola bilsin ki, həm də Bakıya təzyiqə nail olmağa çalışırlar.

Düşünürəm ki, Brüssel İrəvanla həddindən artıq flört etməyin təhlükəsini anlamalıdır. Bakını tam itirməmək üçün Mişel əvvəlkindən daha ixtiraçı olmalıdır ki, Makronun səviyyəsinə düşməsin. Gözləyib görəcəyik”, - ekspert bildirib.

Azərbaycan və Ermənistan liderləri arasında görüş oktyabrın sonlarında Brüsseldə keçirilməlidir. Bununla bağlı Avropa Şurasının prezidenti Şarl Mişel açıqlama verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər