20 Oktyabr 2023 13:38
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Fransanın inteqrasiyasını, assimilyasiya istəmirik".

Teleqraf.com xəbər verir ki, bunu Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo Bakıda "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Bakı Təşəbbüs Qrupu artıq bir sıra təşəbbüslər hayata keçirib: "Məqsəd müstəmləkəçiliyə qarşı mübarizədir. Biz Fransanın inteqrasiyasını, assimilyasiya istəmirik. Onun müstəmləkə metodları hələ də davam edir. Bu, uzun illərdir ki, belədir".

Natiq qeyd edib ki, siyasi cəhətdən qandallardan azad olmaq lazımdır: "Fransa manipulyasiya siyasəti həyata keçirir. Onunla mübarizə üçün beynəlxalq aləmdə həmrəyliyimizi gücləndirməliyik. Bunun üçün şərait yaradan Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm".


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər