“Bəzi Avropa ölkələri müstəmləkəçilik siyasətini davam etdirir. Eyni zamanda hərbi gücdən də istifadə edir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"Bu gün biz müstəmləkəçiliklə mübarizə ilə bağlı çoxlu fikirlər eşitdik. Azərbaycan siyasi azadlıq sahəsində səylərini, mübarizəsini və ambisiyalarını davam etdirəcək. Biz burada səslənən fikirləri BMT və digər beynəlxalq təşkilatlar səviyyəsinə qaldıracağıq. Mənim ölkəm uzun illər müstəqillikdən məhrum edilib. Biz dövlət olaraq işğalın nə olduğunu bilirik”, - o vurğulayıb.