21 Oktyabr 2023 17:03
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müstəqil xarici siyasət yürütməsi müəyyən dairələrin xoşuna gəlmir. Onlar çox istərdilər ki, Azərbaycan öz məsələlərini xarici paytaxtlarda həll etsin. Azərbaycanın təbii sərvətləri xalqımızın problemlərinin həlinə deyil, müəyyən şirkətlərin büdcəsinə axsın. Azərbaycan torpaq itkisi ilə razılaşsın və müəyyən dairələrin əlində siyasi alətə çevrilsin kimi istəkləri var idi.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, bütün bunlar baş vermədi:

“Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində güclü, nüfuzlu, problemini həll edən dövlətə çevrildi. Başqa heç bir yolla Azərbaycana təsir edə bilməyənlər “diplomatik təzyiq” variantını seçir. Azərbaycanla əlaqəsi olmayan ölkələrin parlamentləri anti-Azərbaycan “bəyanatları” qəbul edir. Bu “bəyanata” səs verən deputatlar bəlkə də Azərbaycanın xəritədə yerini bilmirlər. Əksəriyyəti Azərbaycanda olmayıb. Sadəcə onlar haradansa gələn “tapşırığı” yerinə yetirir”.

Millət vəkili hesab edir ki, bu kimi uğursuz cəhdlərin heç bir faydası olmayacaq:

“Azərbaycan dünyada nüfuzlu ölkədir. Azərbaycanla sıx əlaqələri olan, qarşılıqlı fayda əsasında birgə layihələr icra edən ölkələrin heç birini anti-Azərbaycan “kampaniyasına” qoşa bilməyiblər. Anti-Azərbaycan “bəyanatları” qəbul edən ölkələrin belə nə vaxtsa ölkəmizlə münasibətləri yaxşılaşdırmaq üçün cəhd göstərəcək, səhv etdiklərinin fərqinə varacaq”.

Aydın Mirzəzadə Azərbaycana qarşı məntiqsiz yanaşmalar sərgiləyən ölkələr içərisində İspaniyanın davranışının təəccüblü olduğunu bildirib:

“İspaniyanın Azərbaycanla elə də sıx əlaqələri yoxdur. İspan deputatlar heç də Azərbaycana tez-tez səfər etmir. İspaniya yaxşı futbol oynayır. Amma siyasi meydançaya çox zəif komanda çıxartmışdı".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər