21 Oktyabr 2023 14:41
378
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Təşəbbüs Qrupu artıq rəsmi fəaliyyətə başlayıb. Bizim neokolonializmə qarşı mübarizəmiz davam edəcək".

Teleqraf.com xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun Bakıdakı ofisinin açılış mərasimində Qrupun icraçı direktoru Abbas Abbasov deyib.

O bildirib ki, Qrupun fəaliyyəti beynəlxalq hüquq çərçivəsində davam etdiriləcək: "Bildiyiniz kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi yekunlaşır. Amma neokolonializmlə mübarizəmiz davam edəcək".

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, Bakı Təşəbbüs Qrupu cari il sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans keçirib.

Oktyabrın 20-də isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfrans keçirilib. Konfransda 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçiləri iştirak ediblər.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər