ABŞ Cənubi Qafqazda sülhü təşviq edən istənilən xoş niyyətli səyləri alqışlayır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinq zamanı deyib.
“Ermənistan-Azərbaycan məsələsinə gəlincə, biz bu danışıqların harada getməsindən və kimin aparmasından asılı olmayaraq, Cənubi Qafqaz xalqları üçün sülh və sabitliyə kömək edən istənilən xoş niyyətli səyi alqışlayırıq”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilib. Azərbaycanın, Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan "3+3" formatında görüşdə iştirak ediblər.
3+3 formatında keçirilən iclasın əsas məqsədlərindən region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan və bölgə ölkələrinin iştirakı ilə həll olunması, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının həyata keçirilməsini xüsusi qeyd etmək olar.
“3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib