27 Oktyabr 2023 16:59
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri İraq Nümayəndələr Şurasının üzvləri ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov İraq Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq onları Azərbaycan parlamentində görməkdən məmnun olduqlarını bildirib. O, ölkələr arasındakı tarixi əlaqələrdən söz açaraq Azərbaycanın İraqla həm dövlətlərarası, həm də parlamentlərarası münasibətlərinin yüksək səviyyədə olmasından danışıb.

İraq Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihi onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Ərşad Salihi bölgədə gedən prosesləri yaxından izlədiklərini, Qarabağın azad olmasına sevindiklərini qeyd edərək Azərbaycanın regionda sülhün və tərəqqinin möhkəmləndirilməsi uğrunda səylərini yüksək qiymətləndirib. O, Azərbaycanla müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Anar İsgəndərov, Rəşad Mahmudov, İraq Respublikası Nümayəndələr Şurasının üzvləri Nuruldin Hüssein Qublan, Luqman Əhməd Nəcm, Qərib Əsgər Naqi çıxış edərək qarşılıqlı əlaqələrin, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi perspektivləri barədə fikirlərini bölüşüblər.

Deputatlar vurğulayıblar ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər