27 Oktyabr 2023 17:07
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında əlaqələrin yol xəritəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Anadolu”ya müsahibəsində deyib.

O bildirib ki, bütün sahələrdə böyük layihələr həyata keçirilir: “Böyük planlarımız var. Ticarət həcmində investisiyalar hər il artır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi neft və təbii qaz layihələri uğurla davam edir”.

C.Bayramov, həmçinin Türkiyə ilə Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) daxilindəki fəaliyyətindən danışıb: “Ölkələrimizin də iştirak etdiyi üçtərəfli və dördtərəfli platformalar var. Əməkdaşlığımız sadəcə bizi deyil, daha geniş coğrafiyanı əhatə edir. Qarşılıqlı dəstəyimiz bir-birimizin gücünə güc qatır, dövlətlərimizin və xalqlarımızın rifahını təmin edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər