Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Arif Hacılı özünün Facebook profilində məlumat verib.
Qeyd edək ki, Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı.
Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunurdu.
“Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılmışdı. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilirdi.