“Qəzzada Azərbaycan vətəndaşının olub-olmamasına dair məlumatımız yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında müharibə başlayandan bəri İsraildə 8 Azərbaycan vətəndaşı həlak olub: “Səfirliyimizin fəaliyyəti isə davam etdirilir. Hansısa ciddi məhdudiyyət yoxdur”.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-la İsrail arasında mübaribə başlayıb. İsrail ordusu bir neçə gün əvvəl Qəzzaya daxil olub və quru əməliyyatlarına başlayıb.