6 Noyabr 2023 09:59
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 8-9-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək 16-cı sammitində ticarət-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Teleqraf.com Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

İƏT-ə üzv ölkələrin liderləri təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini də müzakirə edəcəklər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçiriləcək tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Türkiyənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər