13 Noyabr 2023 11:42
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin büdcə sənədi ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərini əhatə edir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, ölkənin milli təhlükəsizlik xərclərinin daha da artırılması nəzərdə tutulur:

"Ölkə başçısının Milli Məclisə təqdim etdiyi qanun layihəsi mühüm məsələləri əhatə edir. 2024-cü ilin dövlət büdcəsinin 51 faizi məqsədli dövlət xərclərinə yönəldiləcək. Müdafiə və təhlükəsizlik məsələsi gələn il də prioritet olacaq. Büdcə sənədi ilk növbədə azad olmuş ərazilərdə quruculuğun davam etdirilməsi və sakinlərin dogma yurdlarına qayıdışını təmin etməsinə əsas yaradır. Ölkənin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunub saxlanması büdcədə əsas vəzifə kimi qarşıya qoyulur. Belə ki, növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə qurucuq işlər üçün dövlət büdcəsi xərclərinin 10,9 faizi, müdafiə və təhlükəsizlik məsələlərinə isə büdcənin 17,5 faizin ayrılması nəzərdə tutulur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər