Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki və nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Azərbaycana səfərə gəlir.
Teleqraf.com xəbər verir ki, M.Özhaseki noyabrın 15-də Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Türk Dünyasının II Meteorologiya Forumunda iştirak edəcək.
Türkiyəli nazir tədbirdən əvvəl Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.
A.Uraloğlu isə noyabrın 16-da Zəngilanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Elm və Təhsil Nazirliyinin (ETN) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransa qatılacaq.