20 Noyabr 2023 14:55
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Ermənistan şərti sərhədində erməni əsgərinin yaralanması ilə bağlı yayılan informasiya erməni tərəfinin növbəti təxribat cəhdi idi. Azərbaycan Ordusunun təzyiqi nəticəsində sərhəd xəttində erməni tərəfinin hərəkətlərində müəyyən məhdudiyyətlərin olduğu iddiaları da tamamilə cəfəngiyyatdır. Reallıq odur ki, hər bir önəmli tarix və gün ərəfəsində erməni tərəfi bu kimi yalan məlumatları tirajlamaqla gündəmi dəyişməyə çalışır.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, 1991-ci ilin noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni terrorçuları tərəfindən vurulan hərbi helikopterdə 22 nəfər həlak olub:

“Bu hadisənin üzərindən 32 il keçsə də onun əsl mahiyyəti hələ tam açılmayıb. Erməni tərəfinin məhz bu tarixi faciə günü ərəfəsində təxribata əl atması heç də təsadüfi deyil. Məqsəd həmin hadisənin arxa plana keçirilməsidir. Ona görə də, Ermənistan bu kimi yalan məlumatlar yaymaqla və yaxud hərbi təxribatlar törətməklə diqqəti yayındırmağa çalışır”.

Polkovnik erməni tərəfinin hiyləgərliyinin növbəti təzahürüünün bu yaxınlarda öz istəkləri ilə Azərbaycan ərazisini tərk etmiş erənilərlə bağlı olduğunu söyləyib:

“Erməni tərəfi maksimum şəkildə Azərbaycanla bağlı imic formalaşdırmağa çalışır. Son zamanlar ABŞ və bəzi Qərb dövlətlərinin Azərbaycanın Zəngəzurla bağlı atacağı addımlar gündəmə gətirilir. Bunu az qala Azərbaycanın Zəngəzur əməliyyatına başlaması kimi də izah etməyə çalışılır”.

Üzeyir Cəfərov hesab edir ki, Zəngəzurla bağlı məsələ həll olunub:

“İran ərazisindən Naxçıvana gedən dəmir və avtomobil yolunun çəkilişi ilə bağlı razılıq var. Zəngəzur dəhlizi isə buna alternativ olacaq. Ona görə də, Azərbaycanın guya Zəngəzuru zor gücünə alacaq kimi yanaşmalar heç bir məntiqə əsaslanmır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər