BMT Təhlükəsizlik Şurasında Çinin Sədrliyi ilə “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması” gündəliyi çərçivəsində “Ümumi inkişaf yolu ilə sülhün qorunmasına yardım” mövzusunda açıq müzakirələr keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dənu daimi nümayəndəliyi X hesabında bildirib. Tədbirdə Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev də çıxış edib.
Diplomat bildirib ki, Azərbaycan sentyabrda lokal antiterror tədbirləri ilə Qarabağda sülhü təmin etməyə nail olub.