22 Noyabr 2023 13:29
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Naval postgraduate school”un (ABŞ) professoru və Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer USAID-in direktoru Samanta Pauerə Qarabağı tərk edən digər sakinlərə, daha doğrusu öz vətənlərinə qayıtmaqdan məmnunluq duyan erməni hərbçilərə diqqət yetirməyi tövsiyə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.

“Siz Qarabağda yaşamış Ermənistandan olan 12 min hərbçi və onların ailə üzvləri (daha 20 min) ilə də danışdınızmı? Onlar yəqin ki, evlərinə qayıtmağa şad olublar”, - B.Şaffer USAID-in direktorunun Azərbaycanın Qarabağ regionunu könüllü tərk etmiş ermənilərlə görüşünü şərh edərkən vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər