Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edərkən deyib.
Prezident İlham Əliyev hər zaman Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına, İslam həmrəyliyinə görə təşkilatın üzv dövlətlərinə bir daha təşəkkürünü bildirib.
Azərbaycanın da daim İslam həmrəyliyi prinsipinə sadiq olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin təşkilatın fəaliyyətini dəstəklədiyini, o cümlədən quruma könüllü maliyyə ianələrini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.