12 Dekabr 2023 01:25
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borellə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

Tərəflər Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində bir araya gəliblər.

"Azərbaycan-Avropa İttifaqı münasibətləri Şərq Tərəfdaşlığı çərçivəsində hərtərəfli müzakirə edilib. Regionumuzda davamlı sülhün əldə olunmasının vacibliyini qeyd olunub", - deyə nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər