Artıq Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması üçün "fürsət qapısı" açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə parlamentində çıxışı zamanı müdafiə naziri Yaşar Gülər deyib.
O qeyd edib ki, Ermənistan da bunu başa düşərək hərəkət etməlidir.
Y.Gülər Ermənistanın qonşuları ilə əməkdaşlığa hazır olduğunu göstərəcəyinə ümid etdiyini bildirib.