Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiya paketinin təsdiqi üçün yazılı prosedura başlayıb.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldəki Aİ qurumlarındakı mənbə bildirib.
Qeyd olunub ki, paketə icma ölkələrinə rus zərgərlik brilyantlarının tədarükünə qadağa da daxildir.
Mənbənin sözlərinə görə, sanksiya tədbirləri yaxın gələcəkdə, ən azı gələn həftənin əvvəlində qüvvəyə minəcək.