26 Dekabr 2023 19:35
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!"

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşımında bildirib.

"Ermənistanın yerləşdirdiyi minanın daha bir qurbanı. 2020-ci il müharibəsinin bitməsindən indiyədək qurbanların ümumi sayı 341 nəfərə çatıb, onlardan 65-i həlak olub (50-si mülki şəxs, 15-i hərbçi). Azərbaycana qarşı mina təhlükələrinin aradan qaldırılması beynəlxalq prioritet olmalıdır!", - paylaşımda deyilir.

Qeyd edək ki, bugün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu mina partlaması nəticəsində xəsarət alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər