27 Dekabr 2023 19:42
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Fərhad Mehdiyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərhad bəy, Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda siyasi mübarizə gedir. ABŞ burada özü üçün hansı komponetləri axtarır?

- Regionda əsas oyunçulardan biri Rusiyadır. ABŞ-da öz növbəsində burada təsirli olmaq istəyir. Əvvələr ABŞ üçün Azərbaycan dəhliz rolunu oynayırdı. Bundan əvvəl ABŞ Əfqanıstan vasitəsi ilə bunu edirdi. Amma bu gün Əfqanıstan Amerika üçün elə də vacib deyil. Ona görə də, rəsmi Vaşinqton Əfqanıstandan çıxıb. Amma hələ də Azərbaycan ABŞ üçün öz əhəmiyyətini itirməyib. Bunun nəticəsində ABŞ Cənubi Qafqaza öz təsir dairəsi rakursunda yanaşmaq istəyir. Eyni zamanda Vaşinqton Rusiyanı zəiflədəcək komponentlər axtarır. Bunun fonunda da Azərbaycana və Ermənistana daha çox yaxınlaşamaq istəyir. Rusiya bu bölgəyə hakim olduqdan sonra o daha da güclənir. Moskvanın bölgə ölkələrinə nəzarət etməyəcəyi fonunda onun gücü azalır. Amerika üçün isə bütün hallarda onun maraqları əsasdır. Bu həmişə belə olub. ABŞ münasibətlərini məhz buna görə tənzimləyir.

- ABŞ-ın bölgədə aktiv siyasi xətt yürüdücəyi ehtimalları nə qədər böyükdür?

- Amerika bölgədə Rusiya qədər aktiv ola bilməz. Burada sadəcə coğrafi yaxınlıqdan söhbət getmir. Həmçinin nəzərə almaq lazımdır ki, Rusiyanın bölgədə mədəni-mənəvi bağları var. Bura ümumi dil, tarix və digər bağları da aid etmək olar. Bütün bunların fonunda Rusiya ilə yaxın qonşuluq mövcuddur.

- Rusiyanın bölgədə gücünün zəifləməsi ilə bağlı yanaşmalar hansı məntiqə əsaslanır?

- Güc-təsir baxımından da Rusiya regionda ağır güc olaraq qalır. Bunun fonunda hərbi qüvvələri bu bölgəyə çıxartmaq və geri çəkmək Rusiya üçün çox bəsit bir məsələdir. Məsələn, ABŞ, Fransa, İngiltərə ilə müqayisədə daha realdır. Çünki region ölkələri Rusiya ilə sərhəddə yerləşir.

- Qarabağ mövzusunda Rusiyanın mövqeyindəki paradoks nədən ibarətdir?

- Qarabağda Rusiyanın tarixi rolunu nəzərə aldıqda bu konfiliktin alovlandırıcı və sakitləşdirici, təsiredici gücü olduğunu da unutmaq olmaz.

- Amma bölgədə Türkiyə faktoru da mövcuddur...

- Bu reallıq olsa da, biz bu gün Türkiyənmin regionda tam təsirindən danışa bilmirik. Türkiyənin bölgəyə təsiri Amerikadan daha güclüdür. Amma Rusiyadan güclü deyil.

- Bunu hansı arqumentlə əsaslandırırsınız?

- Məsələn, Ermənistan Türkiyəni heç cür vasitəçi kimi görmək istəmir.

- Azərbaycan-Ermənistan məsələsinin köklü həlli üçün hansı platformanı effektiv hesab edirsiniz?

- Qarabağ məsələsinin köklü həlli yox, birdəfəlik həlli Rusiyanın iştirakı ilə mümkün olacaq. Tərəfləri aşağı-yuxarı qane edən bir həll yolu olacaqsa, bu Moskva platformasından keçəcək. Rusiyanın sülhməramlıları hazırda Azərbaycan ərazisindədir. Ermənistanda isə rus hərbi bazası var.

- Düşünürsünüz ki, Moskvanı razı salmayan sülh müaqaviləsinin imzalanması real deyil...

- Rusiyanın maraqlarına uyğun olmayan bir sazişin imzalanması necə imzalana bilər və yaxud icra olunar ki?.. Bu, heç cür mümkün deyil.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər