27 Dekabr 2023 18:59
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə iki ölkə arasındakı ticari-iqtisadi əlaqələr, regional kommunikasiyaların açılması və "Sülh kəsişməsi" layihəsi müzakirə olunub.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda səfərdədir. O, bir qədər əvvəl erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 25-26 dekabr tarixlərində Rusiyada iki günlük səfərdə olub.

Paşinyanın dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər