31 Dekabr 2023 15:16
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Yuri Kamelçuk bu ölkədə yaşayan azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə deputat “Report”a təbrik mətni ünvanlayıb.

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün azərbaycanlıları təbrik edirəm. Bilirəm ki, siz, burada yaşayan azərbaycanlılar, çoxdan Ukrayna cəmiyyətinin bir hissəsi olmusunuz. Bir çoxunuz indi Rusiya ilə müharibədə Ukraynanın ərazi bütövlüyünü müdafiə edirsiniz, özünüz də Rusiya ordusundan əzab görübsünüz və azad olubsunuz. Sizin Azərbaycan ərazisində göstərdiyiniz qəhrəmanlıq Ukrayna üçün nümunədir. Sizin Ukrayna cəmiyyətində möhkəm yer tutmağınız, Ukrayna dövlətinin zənginləşməsi və möhkəmlənməsi üçün iqtisadi və mədəni rolunuzu nə qədər güclü və qüdrətli oynamağınız böyük hörmətə səbəb olur. Azərbaycana və azərbaycanlılara təşəkkür edirəm! Bayramlarınız mübarək olsun!”, – siyasətçi qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər