1 Yanvar 17:20
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən GUAM-a sədrlik Azərbaycana keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərar Milli Əlaqələndiricilər Şurasının dekabrın 1-dəki iclasında qəbul edilib.

2023-cü ildə GUAM-a Ukrayna sədrlik edirdi.

2020-ci ildə Azərbaycanın sədrliyi dövründə prioritet istiqamət enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi olub.

Xatırladaq ki, GUAM - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlayıb. Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-da sədrlik edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər