5 Yanvar 01:36
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov Danimarka Kraliçası II Marqrete tərəfindən bu ölkədə akkreditə olunmuş səfirlər üçün keçirilən Yeni il qəbulunda iştirak edib.

Teleqraf.com xəbər verir ki,bu barədə azərbaycanlı diplomat “X” hesabında paylaşım edib.

Kristiansborq Sarayında keçirilən qəbul zamanı səfir Zaur Əhmədov Kraliçaya və Vəliəhd Şahzadə Fredrikə Yeni il təbriklərini çatdırıb.

“Mən Ülyahəzrət Kraliçanın Kopenhagendəki Kristiansborq sarayında keçirilən Yeni il qəbulunda iştirak etməkdən, Ülyahəzrət Kraliçaya və Danimarkanın Vəliəhd Şahzadəsinə xoş arzularımı çatdırmaqdan şərəf duyuram”,- o yazıb.

Xatırladaq ki, Kraliça II Marqrete Yeni il müraciəti zamanı 52 illik hakimiyyətdən sonra 2024-cü il yanvarın 14-də taxtdan imtina edəcəyini elan etmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər