6 Yanvar 16:39
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiyaya başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, başsağlığı mətni nazirliyin "X" hesabında paylaşılıb.

“Yaponiyanın Noto yarımadasında baş verən zəlzələ nəticəsində qeydə alınan insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”, - başsağlığında bildirilib.

Qeyd edək ki, Yaponiyada yanvarın 1-dən etibarən silsilə zəlzələlər qeydə alınır. Yaponiyanın rəsmi qurumlarının yaydığı son məlumatlara əsasən, təbii fəlakət nəticəsində ölənlərin sayı 126-ya çatıb, azı 516 nəfər isə yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər