13 Yanvar 11:09
1 682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında 30 ildən artıq davam edən ziddiyyətləri birdən-birə həll etmək o qədər də asan deyil. Artıq iki tərəf ortaq məsələləri müzakirə etməyə başlayıb. Amma bu o demək deyil ki, burada fikir ayrılığı, ziddiyyətlər olmayacaq. Sözsüz ki, bu məqamlar hər zaman olacaq. Sadəcə olaraq ziddiyyətləri müharibə yolu ilə həll etmək əvəzinə dinc, masa arxasında əyləşib çay içə-içə həlli mümkündür.

Bunu Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

“Azərbaycanın hələ də Ermənistanın nəzarətində qalan 8 kəndi ilə bağlı məsələlər də danışıqlar yolu ilə həll olunmalıdır. Sərhədlərin dəqiqləşməsi ilə bağlı delimitasiya məsələləri ilə məşğul olan komissiya bu prosesləri qarşılıqlı olaraq müzakirə edəcək. Bu, eyni zamanda tərəflərin öz aralarında etiraf etdiyi məsələlərdir. Bunu müzakirə və diplomatik yolla qaydasına salmaq mümkündür” - deyə o qeyd edib.

Politoloq Zəngəzur dəhlizi məsələsinin də tərəflərin ümumi razılığı əsasında həllinin mümkün olacağını söyləyib:

“Meğridən keçən bu yolun açılması hər iki tərəfə sərf edir. Sadəcə olaraq bu dəhliz Ermənistanla Rusiya arasında olan problemə görə yarımçıq qalıb. Erməni tərəfi bu məsələdə Azərbaycanın ona dəstək verməsini istəyir. Ona görə də, proseslərdə bir qədər durğunluq yaşanır”.

Zərdüşt Əlizadəyə görə, ötən ilin dekabrında Azərbaycanla Ermənistan arasındakı razılaşmadan başqa erməni tərəfi hər zaman məkrli mövqe sərgiləyib:

“İrəvan hər zaman Azərbaycana qarşı beynəlxalq aləmdə güclü təbliğat kampaniyası həyata keçirib. Özü təcavüzkar ola-ola Azərbaycanı məhkəmlərlə təhdid edən Ermənistan olub. Fakt isə o idi ki, ermənilərin bu iddialarının heç bir əsası yox idi. Sonuncu fakt isə Qarabağdan ermənilərin öz istəkləri ilə çıxıb getməsi idi. Bu da onların əlinə heç bir əsas vermədi. Çünki həmin şəxslərdən azərbaycanlı jurnalistlər “ərazini niyə tərk edirsiniz? - deyə soruşduqda onlar cavab verə bilmirdilər. Halbuki həmin adamlara qarşı burada heç bir təzyiq yox idi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər