11 Yanvar 21:36
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin yanvarın 10-da yerli telekanallara verdiyi müsahibəsində olduqca vacib mesajlar səsləndirildi. Dövlətimizin başçısı hər zaman olduğu kimi, Azərbaycan, region və qlobal miqyasda baş verən proseslərlə bağlı yanaşmalarını geniş auditoriyaya təqdim etdi. II Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıq regional və qlobal miqyasda baş verən proseslərə olduqca böyük təsir edib. Bu mənada Azərbaycan qalib və güclü dövlət kimi regional və qlobal miqyasda baş verən proseslərdə vacib amil kimi önə çıxır. Sözsüz ki, Azərbaycanın bu uğurları ulu öndər Heydər Əliyev strategiyasına, Prezident, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə əsaslanır.

Bunu Teleqraf.com-a YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev ənənəvi olaraq yerli televiziya kanallarına verdiyi müsahibə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirilməsi baxımından da önəmli olub: “Ölkəmizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nəaliyyətlərdən bəhs edib. Eyni zamanda icra olunan layihələr haqqında geniş, əhatəli məlumat verilib. Qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətlər barəsində ölkə ictimaiyyəti məlumatlandırılıb. Təbi ki, cənab Prezident müsahibəsidə daxili auditoriya ilə yanaşı xarici, auditoriya üçün mühüm mesajlar vermiş olub. İndiki reallıqda beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan regional proseslərlə yanaşı qlobal miqyasda siyasi təsirə malik nüfuzlu ölkədir. Sözsüz ki, beynəlxalq arenada siyasi, iqtisadi böhranın dərinləşdiyi indiki müstəvidə proseslərdən öz ölkənin milli-maraqlarına uyğun nəticə çıxarmaq məsələsində lider amili olduqca önəmlidir. Bu baxımdan da Azərbaycanın bütün sahələri əhatə edən inkişaf trayektoriyası və əldə edilən uğurlarının xronologiyası cənab Prezident İlham Əliyevin qətiyyəti və Liderliyi sayəsində reallığa çevrilir”.

Deputat bildirib ki, Cənab Prezident müsahibəsində Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərdən bəhs edib: “Bu il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri, Azərbaycanla Ermənistan arasındakı sülh müstəvisində aparılan danışıqlar, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesləri ilə bağlı da ölkəmizin başçısı ictimaiyyətə ətraflı məlumat verdi. Azərbaycan tarixində ilk dəfə olaraq prezident seçkilərinin qalib, ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş ölkədə baş tutmasının mahiyyəti izah olundu. Cənab Prezident vurğuladı ki, “İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır”. Sözsüz ki, bu seçkilərlə müasir Azərbaycan tarixində yeni bir dövrün əsası qoyulmuş olacaq”.

Millət vəkili cənab Prezidentin müsahibədə toxunduğu digər mühüm məsələlərdən biri də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiya məsələsi olduğunu söyləyib: “Azərbaycan Prezidenti hələ də işğal altında olan səkkiz kəndimizlə bağlı məsələnin gündəlikdə olduğunu vurğuladı. Ölkəmizin başçısı bu məsələ ətrafında davamlı olaraq müzakirələrin aparıldığını söylədi. Sözsüz ki, bu məsələ də delimitasiya ilə bağlı komissiyaların gündəliyindədir. Amma burada bir reallıq da unudulmamlıdır. Bu da tarixi Azərbaycan torpaqlarının Ermənistana verilməsi ilə bağlıdır. Ölkəmizin başçısı da torpaqlarımızın XX əsrdə hissə-hissə Ermənistana verildiyini diqqətə çatdırıb. “XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb”. Bununla bağlı inkaredilməz faktlar, tarix, xəritələr mövcuddur. Məhz 1920-ci ilin tarixi xəritələrində Zəngəzur Azərbaycan ərazisi kimi mövcud olub. Amma təəsüfedici məqam odur ki, Azərbaycandan Ermənistana sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilib. Həmin vaxta qədər hissə-hissə bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən 86,6 min kvadratkilometrə düşmüşdür. Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlişindən sonra Azərbaycandan Ermənistana torpaq verilməsinə son qoyulub. Bütün bunlar Azərbaycanın mövqeyinin haqqa, ədalətə, tarixə əsaslandığının təzahürüdür”.

Təftiş Komisiyasını sədri hesab edir ki, Azərbaycan Prezidenti sülh və digər məsələlərlə bağlı Ermənistana vermiş olduğu mesaj qarşı tərəfdən düzgün formada qəbul edilsə qısa zamanda sülhün əldə edilməsi mümkün olacaq: “Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi anklavların geri qaytarılması, eyni zamanda anklav olmayan işğalda qalmış dörd kəndin Azərbaycana qeyd-şərtsiz təhvil verilməsi kimi vacib şərtlər təmin olunmalıdır.

Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində ölkəmizin gələcək inkişaf trayektoryası ilə bağlı vacib istiqamətlər ictimaiyyətə təqdim edilib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər