Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Bakıda baş vermiş partlayışla bağlı başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Mariya Peyçinoviç Buriç X hesabında yazıb.
“Bu gün Bakıda baş verən partlayışdan kədərləndiyimi bildirirəm. Zərərçəkənlərə və onların yaxınlarına, eləcə də Azərbaycan hakimiyyətinə başsağlığı verirəm”, - o bildirib.