18 Yanvar 08:00
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin fəxri deputatı Jerom Lamber Senatın 157 saylı qətnaməsini pisləyib.

Teleqraf.com xəbər verir ki, Azərbaycanın Dostları Assosiasiyasının bu gün yaydığı bəyanatda J.Lambert qətnamənin qisas almaq ruhunda yazıldığını bildirib.

"Bu gün dialoq yolu ilə sülhün təmin edilməsinə çalışılmalıdır. Bunun əvəzində isə Senatın qəbul etdiyi mətn qisas almaq çağırışına bənzəyir. Beynəlxalq hüquqdan, ölkəmizin dünyanın bu regionundakı maraqlarından danışarkən təəsüf ki, Senat heç bir müsbət rol oynamaq istəmir. Öz ölkələrindən daha çox ekstremist olan erməni diasporunun lobbiçiliyi bizi bu gün çox səhv istiqamətə sürükləyir", - J.Lambert bildirib.

O bildirib ki, belə qətnamələr dünyada sülhə mane olur, separatizmə yol açır: "Bu qətnamə Azərbaycanla Ermənistan arasında dialoqa, Fransa-Azərbaycan dostluq əlaqələrinin bərpasına böyük zərbə vurur", - Jerom Lamber qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər