19 Yanvar 19:46
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Çin Xalq Respublikası arasında ticarət və investisiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir Davos İqtisadi Forumu çərçivəsində Çinin "CGTN Europe" televiziya kanalına müsahibə verib.

"Müsahibədə Azərbaycanda qlobal reallıqlara uyğun dayanıqlı iqtisadiyyatın dəstəklənməsi, bərpaolunanenerjiyə keçidin təmin edilməsi və COP29-un Azərbaycanda keçirilməsi istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb", - M. Cabbarov qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər