23 Yanvar 12:18
11 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ermənistan gərginliyi hər ötən gün daha da artır. Bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistanla bağlı səsləndirdiyi ittihamlara da rəsmi İrəvan cavab verməyib. Görünən odur ki, Ermənistan son vaxtlar Rusiya ilə bir qədər ehtiyatla davranmağa çalışır.

Bunu Teleqraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın konstitusiya dəyişiklikləri ilə bağlı bəyanatı isə prosesin fərqli məcrada inkişafından xəbər verir:

“Məqsəd Ermənistanın Avropaya inteqrasiyası məsələsində daha ciddi addımlar atmaqdır. Bu halda İrəvan Kremlin ən ciddi maneələrdən biri olduğunun fərqindədir”.

Partiya sədri hesab edir ki, Rusiyadan indiki halda olan yanaşmalar bütövlükdə bölgə üçün təhlükəlidir:

“Keçmiş Dağlıq Qarabağla bağlı Lavrovun açıqlamaları sözsüz ki, Azərbaycan tərəfindən qəbul edilə bilməz. Onun Ermənistan tərəfindən “Qarabağın Azərbaycan ərazisi kimi tanınması bizi təəccübləndirdi” açıqlaması məhz bu kontekstdə şərh oluna bilər”.

Sərdar Cəlaloğlu Kremlin Ermənistanın mövqeyindən asılı olaraq Azərbaycan ərazilərini tanımalı olduğunu əsassız hesab edib:

“Burada açıq oyun elementləri var. Məqsəd Paşinyanın hakimiyyətdən uzaqlaşması və yenidən Azərbaycana qarşı ərazi iddiası olan müəyyən qüvvələrin hakimiyyətə gəlişinə rəvac verməkdən ibarətdir. Beləliklə, Cənubi Qafqazda yeni bir oyunun başlamasına Rusiya tərəfindən dəstək verilməsi müşahidə edilir. Bu halda Paşinyan Kremlə açıq müdaxilə üçün səbəb verməməyə çalışır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər