Böyük Britaniya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) vəsait ayırmağı dayandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat verib.
Diplomatik xidmətin bəyanatında deyilir:
“Böyük Britaniya UNRWA əməkdaşlarının oktyabrın 7-də İsrailə qarşı hücumda əli olması ilə bağlı iddialardan dəhşətə gəlir".
Qeyd olunur ki, iddialar hərtərəfli araşdırılana qədər UNRWA-nın maliyyələşdirilməsi dayandırılıb. Eyni zamanda Britaniya Qəzza zolağında mülki şəxslərə humanitar yardımın çatdırılmasını zəruri hesab edir.