Qəzza zolağında müharibənin bütün bəyan edilmiş məqsədlərinə, o cümlədən HƏMAS-ın tamamilə məhv edilməsi və bütün girovların azad edilməsinə nail olmaq üçün səylər gecə-gündüz davam edir.
Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib
Onun sözlərinə görə, İsrail vətəndaşları müharibənin bütün məqsədlərinə nail olmaq, yəni HƏMAS-ı aradan qaldırmaq, bütün qaçırılanları geri qaytarmaq və Qəzza zolağının artıq ölkə üçün təhlükə yaratmayacağına əmin olmaq öhdəliyi daşıyır.
“Tam qələbə qazanmaqdan başqa seçimimiz yoxdur. Zaman alsa belə, biz bu missiyadan vaz keçməyəcəyik” dedi.